...

Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar

Dünya xəbərləri Materials 28 İyul 2019 12:08 (UTC +04:00)
Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar
Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə "Əl-Masira" telekanalı bildirib.

May ayında Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanı Yəmənlə müharibə səbəbindən bağlandıqdan dörd il sonra açılıb.

Hussit nümayəndəsinin sözlərinə görə, iki dronların hava limanına endirilən zərbələr nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları üçün anqarlar və digər hərbi obyektlər hədəflənib.

Səudiyyə hakimiyyəti bu məlumatları hələ şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti