...

İspaniyada şimşək çaxması səbəbindən 40 ev yanıb

Dünya xəbərləri Materials 12 Avqust 2019 18:55 (UTC +04:00)
İldırım çaxması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 evi məhv edib
İspaniyada şimşək çaxması səbəbindən 40 ev yanıb

Bakı. Trend:

İldırım çaxması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 evi məhv edib.

Trend-in məlumatına görə, bu barədə "El Periodico" qəzeti xəbər verib.

Məlumata əsasən, ildırım dayanacağa dəyərək yanğına səbəb olub. Yanğın 1.5 min kvadratmetr əraziyə yayılıb. Yanğının söndürülməsinə altı yanğınsöndürmə briqadası cəlb olunub.

Xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti