...

Kəşmirdə torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Avqust 2019 19:26 (UTC +04:00)
Kəşmirin Poti Çapriyan Hiloti kəndində leysan yağışları səbəbindən torpaq sürüşməsi baş verib
Kəşmirdə torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Kəşmirin Poti Çapriyan Hiloti kəndində leysan yağışları səbəbindən torpaq sürüşməsi baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində 3 yaşayış evi torpaq altında qalıb.

Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti