Bakı. Trend:
Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub.
Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində bir neçə turist həlak olub. Onlarla şəxs xəsarət alıb.
Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır. Qeyd olunur ki, hadisə yerində xilasedicilər işləyir.