...

Türklər ağ rəngli avtomobilləri sevir

Dünya xəbərləri Materials 4 Sentyabr 2019 12:56 (UTC +04:00)
2019-cu ilin iyul ayında Türkiyə vətəndaşları ağ rəngli avtomobillərə üstünlük verib
Türklər ağ rəngli avtomobilləri sevir

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin iyul ayında Türkiyə vətəndaşları ağ rəngli avtomobillərə üstünlük verib.

Trend-in məlumatına görə, statistikaya əsasən, iyul ayında ölkədə istifadə olunan avtomobillərin 53,9 faizi ağ rəngdə olub.

Həmin dövr ərzində 23,6 faiz boz, 6,7 faiz qara, 5,7 faiz qırmızı, 4,9 faiz mavi və 3,9 faiz sarı rəngli avtomobillər istifadə olunub.

Avtomobillərin 2,3 faizi digər rənglərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti