...

Səudiyyə Ərəbistanında iki böyük neft zavoduna PUA hücumu olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2019 15:33 (UTC +04:00)
Səudiyyə Ərəbistanın "Saudi Aramco" milli neft şirkətinə məxsus iki böyük zavoda pilotsuz uçan aparatlarla (PUA) hücum edilib, nəticədə yanğın baş verib.
Səudiyyə Ərəbistanında iki böyük neft zavoduna PUA hücumu olub

Bakı. Trend:

Səudiyyə Ərəbistanın "Saudi Aramco" milli neft şirkətinə məxsus iki böyük zavoda pilotsuz uçan aparatlarla (PUA) hücum edilib, nəticədə yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib:

"Yerli vaxtla saat 04:00-da "Saudi Aramco"nun təhlükəsizlik xidməti PUA hücumu nəticəsində iki obyektdə baş verən yanğını söndürüb".

Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Hücumun təşkilatçıları hələ məlum deyil. Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən Husi qruplaşmaları mütəmadi olaraq bölgəyə dronlarla hücum edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti