...

Hindistanda ildırım 17 nəfəri öldürdü

Dünya xəbərləri Materials 18 Sentyabr 2019 20:14 (UTC +04:00)
Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub
Hindistanda ildırım 17 nəfəri öldürdü

Bakı. Trend:

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.

Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.

Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti