Bakı. Trend:
Fransanın Lion şəhərində atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Qeyd olunur ki, atəş evlərin birinin pəncərəsindən naməlum qadın tərəfindən açılıb.
Polis həmin ərazini mühasirəyə alıb. Yollar bağlanıb, marşrutların hərəkət istiqaməti dəyişdirilib.
Yaxınlıqdakı liseydən tələbələrin çıxması qadağan edilib.
Həmin qadının saxlanılması üçün əməliyyat davam edir.