...

Tayvanda körpü çökdü - Ölənlər var

Dünya xəbərləri Materials 2 Oktyabr 2019 11:54 (UTC +04:00)
Tayvanın şimal-şərqində körpünün çökməsi nəticəsində beş nəfər həlak olub
Tayvanda körpü çökdü - Ölənlər var

Bakı. Trend:

Tayvanın şimal-şərqində körpünün çökməsi nəticəsində beş nəfər həlak olub.

Trend-in məlumatına görə, daha bir nəfər itkin düşüb.

Hadisənin qurbanları İndoneziya vətəndaşlarıdır. Hazırda itkin düşən şəxsin axtarışları aparılır.

Qeyd olunur ki, körpü çökən zaman indoneziyalı balıqçıların olduğu qayıq körpünün altında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti