...

Türkiyə Suriya ilə sərhədə qoşunları cəlb edir

Dünya xəbərləri Materials 6 Oktyabr 2019 10:47 (UTC +04:00)
Türkiyə Suriya ilə sərhəddə yerləşən Akçakale rayonuna əlavə qoşun və hərbi texnikalar cəlb edir
Türkiyə Suriya ilə sərhədə qoşunları cəlb edir

Bakı. Trend:

Türkiyə Suriya ilə sərhəddə yerləşən Akçakale rayonuna əlavə qoşun və hərbi texnikalar cəlb edir.

Trend-in məlumatına görə, ordu hissələrinin cəlb edilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında əməliyyat keçirmək qərarının "bu gün ya da sabah" veriləcəyi ilə bağlı verdiyi açıqlaması fonunda baş verir.

Ərdoğanın sözlərinə görə, əməliyyatın məqsədi Suriya sərhədini Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti