...

Yaponiyada "Hagibis"ə görə təxminən yarım milyon ev işıqsız qaldı

Dünya xəbərləri Materials 12 Oktyabr 2019 10:09 (UTC +04:00)
Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb
Yaponiyada "Hagibis"ə görə təxminən yarım milyon ev işıqsız qaldı

Bakı. Trend:

Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin paytaxtının operatoru olan "Tokyo Electric Power" şirkətindən bildiriblər.

Məlumata əsasən, yerli vaxtla saat 08:00-da Tiba prefekturasında 480 mindən artıq yaşayış evi elektrik enerjisiz qalıb.

Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan "Hagibis" qasırğası həmçinin dəmiryolu və hava əlaqəsində problemlər yaradıb.

Qeyd edək ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti