...

Ekvadorda 12 gün davam edən etirazlarda 10 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Oktyabr 2019 05:15 (UTC +04:00)
Ekvadorun Ombudsman ofisi 12 gün davam edən etirazlar barədə hesabat verib
Ekvadorda 12 gün davam edən etirazlarda 10 nəfər ölüb

Bakı. Trend:

Ekvadorun Ombudsman ofisi İnsan Hüquqları üzrə Amerikaarası Komissiyaya ölkədə yanacaq subsidiyalarının ləğv edilməsinə qarşı 12 gün davam edən etirazlar barədə hesabat verib.

Trend-in məlumatına görə, həmin hesabatda 10 nəfərin həlak olması və 1340 nəfərin yaralanması barədə bildirilib:

Ombudsman Freddi Karrionun sözlərinə görə, 13 oktyabra qədər tutulanların, yaralananların və öldürülənlərin sayı ilə bağlı rəsmi məlumata əsasən 1592 nəfər tutulub:

"Onlardan 76% -i əsassız və qanunsuz həbslərdir. 1340 nəfər xəsarət alıb... 10 nəfər isə həlak olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti