...

Ekvadorda nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər

Dünya xəbərləri Materials 30 Oktyabr 2019 08:35 (UTC +04:00)
Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar.
Ekvadorda nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər

Bakı. Trend:

Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ekvador prezidenti Lenin Moreno Silahlı Qüvvələrin nümayəndələri ilə görüşü zamanı deyib.

L.Moreno nümayişlər zamanı 80 hərbçinin yaralandığını qeyd edib.

Qeyd edək ki, L.Moreno oktyabrın 3-dən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi barədə qərar imzayıb, bundan sonra qiymətlər 120% -dən çox artıb. Bu səbəbdən ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti