...

Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb

Dünya xəbərləri Materials 1 Noyabr 2019 00:48 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb
Türkiyə Xarici İşlər Nazirliyi Fransa səfirini çağırıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Parlamentinin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını qınayan qətnaməni qəbul etməsi ilə əlaqədar Fransa səfiri Şarl Frisi çağırıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Türkiyə XİN-dəki mənbədən bildiriblər.

Məlumatda deyilir: "Fransa səfiri nazirliyimizə çağrıldı ki, Fransa parlamentinin "Sülh bulağı" əməliyyatı ilə bağlı verdiyi qərarla əlaqədar narahat olduğumuzu bildirək".

Qeyd edək ki, Fransa Milli Məclisi (parlamentin aşağı palatası) iclasında Türkiyənin Suriyadakı Fərat çayının şərqindəki hərbi əməliyyatını pisləyən qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti