...

Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

Dünya xəbərləri Materials 16 Noyabr 2019 16:22 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb
Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb.

Trend-in məlumatına görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü şaşkaları tətbiq edib.

Aksiya zamanı azı 16 nəfər saxlanılıb. Bir neçə metro və dəmiryol stansiyası bağlanıb.

Etirazçılar aksiyanın iki gün davam edəcəyini bildirib.

Qeyd edək ki, “sarı jiletlilər” aksiyası ilk dəfə ötən il noyabrın 17-də yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti