...

Türkiyədə ABŞ konsulluğunun 2 əməkdaşı saxlanıldı

Dünya xəbərləri Materials 20 Noyabr 2019 15:25 (UTC +04:00)
Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb.
Türkiyədə ABŞ konsulluğunun 2 əməkdaşı saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb. Trend-in məlumatına görə, saxlanılan hər iki şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

Adları açıqlanmayan şəxslərin saxlanması səbəbi olaraq isə onların sosial şəbəkədə islami dəyərləri ələ salan videosujetlər yayması göstərilir.

Hadisə ilə bağlı başqa detallar hələ açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti