...

Ən ucuz ənənəvi taksilərə sahib dünyanın məşhur şəhərləri

Dünya xəbərləri Materials 4 Dekabr 2019 01:53 (UTC +04:00)
Mütəxəssislər, mobil tətbiqlər və aqreqatorlardan istifadə etmədən ənənəvi taksi çağırmağın daha ucuz olduğu şəhərləri müəyyənləşdiriblər
Ən ucuz ənənəvi taksilərə sahib dünyanın məşhur şəhərləri

Bakı. Trend:

Mütəxəssislər, mobil tətbiqlər və aqreqatorlardan istifadə etmədən ənənəvi taksi çağırmağın daha ucuz olduğu şəhərləri müəyyənləşdiriblər.

Trend-in məlumatına görə, hətta rahat tətbiq təklif edən ən populyar rəqabətçil taksi xidmətləri belə hər zaman iqtisadi baxımdan sərfəli seçim deyil.

Məsələn, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) bir tətbiqdən istifadə edərək qadın sürücülər yalnız eyni cinsdən olan müştəriləri seçə bilərlər. Lakin adi bir taksi bu xidmətdən fərqli olaraq bir kilometrə 4,15 dollara daha ucuz başa gəlir.

Nyu-Yorkda, aqreqatorlarla çağırılan bir avtomobildə eyni səfərə, ənənəvi sarı avtomobil taxisində getməkdən nisbətən, bir kilometrə təxminən 0,55 dollar daha çox ödəməli olacaqsınız. Milanda isə fərq bir dollardan çoxdur.

Dünyanın ən çox ziyarət edilən 55 şəhərindən yalnız 11-də ənənəvi taksinin qiyməti daha ucuzdur. Bunlardan xüsusilə Lissabon, Porto, Madrid, Seul və Aqra şəhərlərin qeyd etmək olar.

Məsələn, Afina və İstanbulda qiymətlər eynidir. Kankun, Amsterdam, Münhen, Toronto, Sidney və Los Anjelesdə isə mobil tətbiq və aqreqatorların istifadəsi əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edə bilər.

Xəbər lenti

Xəbər lenti