...

Türkiyənin Elazığ vilayətində zəlzələ olub - 4.9 bal

Dünya xəbərləri Materials 27 Dekabr 2019 11:27 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Elazığ vilayətində 4.9 bal gücündə zəlzələ meydana gəlib.

Trend-in məlumatına görə, bu gün səhər saat 10:02-də baş verən yeraltı təkanlar yerli əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, Türkiyə çoğrafi mövqeyinə görə tektonik zona hesab edilir. Bundan əvvəl dekabrın 23-də Türkiyənin Tunceli vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Sentyabrın 26-da da İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti