...

Çində 27 nəfər naməlum pnevmaniyaya yoluxub

Dünya xəbərləri Materials 31 Dekabr 2019 19:17 (UTC +04:00)
Çinin Uhan şəhərində 27 nəfər pnevmaniyanın naməlum növlərindən xəstələnib
Çində 27 nəfər naməlum pnevmaniyaya yoluxub

Bakı. Trend:

Çinin Uhan şəhərində (Hubey vilayətinin inzibati mərkəzi) ən az 27 nəfər pnevmaniyanın naməlum növlərindən xəstələnib.

Trend-in məlumatına görə, yeddi xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata əsasən, hakimiyyət orqanları virusun mənbəyini təyin edirlər. Epidemioloqlar onun xüsusiyyətlərini araşdırırlar. Epidemioloqların dediklərinə görə, insanların infeksiyaya yoluxması ilə bağlı bir çox hadisələr təzə dəniz məhsulları bazarı ilə əlaqələndirilir.

Həkimlərin qeyd etdiyi kimi, yoluxanların əksəriyyətində xəstəlik ağırlaşmadan davam edir. Onlardan ikisi sağalmağa doğru gedir və tezliklə tibb müəssisələrindən buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti