...

İranın XİN rəhbəri ABŞ bazasına raket zərbələrinin səbəbini izah etdi

Dünya xəbərləri Materials 8 Yanvar 2020 08:51 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İraqdakı ABŞ bazasına raket zərbələrini özünümüdafiə tədbiri adlandırıb
İranın XİN rəhbəri ABŞ bazasına raket zərbələrinin səbəbini izah etdi

Bakı. Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İraqdakı ABŞ bazasına raket zərbələrini özünümüdafiə tədbiri adlandırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.

C.Zərif bildirib: "İran bizim vətəndaşlara və yüksək vəzifəli şəxslərimizə qarşı qorxaq silahlı hücumlar edilən bazaya zərbə endirərək, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib özünümüdafiə tədbirləri gördü və həyata keçirdi".

XİN rəhbəri vurğulayıb ki, İran eskalasiya və ya müharibəyə cəhd etmir: "Biz eskalasiya və ya müharibəyə cəhd etmirik, lakin özümüzü hər hansı bir təcavüz qarşısında qoruyacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti