...

İranlı və ukraynalı mütəxəssislər təyyarə qəzasını araşdırmağa başladı

Dünya xəbərləri Materials 9 Yanvar 2020 14:22 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Ötən gün İranın Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar iranlı və ukraynalı mütəxəssislərin iştirakı ilə araşdırma başlanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu gün səhər qəzanın araşdırılması məqsədilə Ukraynadan fövqəladə hallar, kimliyin müəyyənləşdirilməsi, beynəlxalq münasibətlər üzrə ekspertlər Tehrana gəlib.

Bildirilir ki, təyyarədə vətəndaşları həlak olan Kanadanın nəqliyyat təhlükəsizliyi komissiyası və İsveç hava yolları nəqliyyatı komissiyasının nümayəndələri də hadisənin araşdırılması üçün İrana dəvət olunublar.

Qeyd edək ki, ötən gün İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 167 sərnişin, 9 nəfər uçuş heyəti olmaqla 176 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti