...

Avropaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə edilib

Dünya xəbərləri Materials 11 Yanvar 2020 08:10 (UTC +04:00)
Boliviyanın hüquq-mühafizə orqanları Belçikaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə ediblər
Avropaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə edilib

Bakı. Trend:

Boliviyanın hüquq-mühafizə orqanları Belçikaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Arturo Murilyo bildirib.

A.Murilyo deyib: "Biz 1,5 ton narkotik müsadirə etmişik, bu çox əhəmiyyətli, demək olar ki, tarixi hadisədir".

Nazir qeyd edib ki, müsadirə edilmiş kokainin ümumi dəyəri 64,5 milyon dollardır. La-Pasda keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti