...

İranda AES-ə yaxın şəhərdə zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 Yanvar 2020 10:02 (UTC +04:00)
İranın cənubunda yerləşən Buşehr vilayətinin Əhrəm şəhərinin 6 kilometrliyində 4 bal gücündə zəlzələ baş verib
İranda AES-ə yaxın şəhərdə zəlzələ baş verib

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr vilayətinin Əhrəm şəhərinin 6 kilometrliyində 4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Əhrəm şəhəri Atom Elektrik Stansiyasının yerləşdiyi Buşehr şəhərinin 50 kilometr cənub-qərbindədir.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti