...

İranda qəza qurbanlarına konsulluq yardımı üçün işçi qrupu yaradıldı

Dünya xəbərləri Materials 12 Yanvar 2020 11:47 (UTC +04:00)
İranda Boeing 737 Ukrayna Beynəlxalq Hava Yolları təyyarəsinin qəzaya uğraması qurbanlarının konsulluq məsələlərini həll etmək üçün xüsusi işçi qrupu yaradılıb
İranda qəza qurbanlarına konsulluq yardımı üçün işçi qrupu yaradıldı

Bakı. Trend:

İranda Boeing 737 Ukrayna Beynəlxalq Hava Yolları təyyarəsinin qəzaya uğraması qurbanlarının konsulluq məsələlərini həll etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.

Onun sözlərinə görə, İran diplomatik xidmətinin şöbələrindən birinə məxsus bir qrupa faciə qurbanlarının ailələrinin istəklərinə uyğun olaraq dərhal konsulluq yardımı üzərində işə başlamaq tapşırılıb.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti