...

Rusiyada nadir zümrüd tapıldı - 55 min dollar

Dünya xəbərləri Materials 21 Yanvar 2020 22:05 (UTC +04:00)
Rusiyanın Sverdlovsk vilayətində Mariinsk mədənində nadir zümrüd tapılıb
Rusiyada nadir zümrüd tapıldı - 55 min dollar

Bakı. Trend:

Rusiyanın Sverdlovsk vilayətində Mariinsk mədənində nadir zümrüd tapılıb.

Trend-in məlumatına görə, çəkisi 0,5 kiloqram olan zümrüdün qiyməti 55 min dollar məbləğində dəyərləndirilir.

Qeyd olunur ki, zümrüd rənginə görə birinci, sortuna görə ikinci kateqoriyaya aid edilir.

Həmin qiymətli daş yerin 260 metr dərinliyində aşkar edilib. Zümrüdü tapan mədənçilərə pul mükafatı verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti