...

Monqolustan Çinlə sərhədi bağladı

Dünya xəbərləri Materials 27 Yanvar 2020 13:45 (UTC +04:00)
Monqolustan hökuməti geniş yayılmaqda koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib
Monqolustan Çinlə sərhədi bağladı

Bakı. Trend:

Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.

Trend-in məlumatına görə, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.

Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.

Hökumət, həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti