...

İndoneziyanın turizm bölgəsində yüzlərlə donuz virusdan tələf oldu

Dünya xəbərləri Materials 5 Fevral 2020 12:36 (UTC +04:00)
İndoneziyanın Bali adasında Afrika taunu virusu ilə əlaqədar yüzlərlə donuz tələf olub
İndoneziyanın turizm bölgəsində yüzlərlə donuz virusdan tələf oldu

Bakı. Trend:

İndoneziyanın Bali adasında Afrika taunu virusu ilə əlaqədar yüzlərlə donuz tələf olub.

Trend-in məlumatına görə, virusun mövcudluğunu İndoneziya hökuməti də təsdiq edib.

Rəsmi məlumatlara əsasən, son iki ay ərzində Balidə 888 donuz Afrika taunu nəticəsində tələf olub.

Qeyd olunur ki, təkcə Badunq rayonunda 600 donuz ölüb.

Bununla belə, son günlərdə virusun qarşısının alındığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti