...

Çində koronavirusdan ölənlərin sayı 633-ə çatıb

Dünya xəbərləri Materials 7 Fevral 2020 03:55 (UTC +04:00)
Çində yeni növ koronavirusa yoluxanların sayı 30,6 mini keçib
Çində koronavirusdan ölənlərin sayı 633-ə çatıb

Bakı. Trend:

Çində yeni növ koronavirusa yoluxanların sayı 30,6 mini keçib.

Trend-in məlumatına görə, yeni növ virusadan ölənlərin sayı 633 nəfərə çatıb.

Fevralın 6-da 28 min nəfərin virusa yoluxduğu, 563 nəfərin öldüyü bildirilirdi.

Çinin Xubey əyalətində 2019-nCoV yeni virusun törətdiyi pnevmoniyadan ölənlərin sayı 69 nəfər artaraq 618-ə çatıb.

Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti