...

Tbilisinin sabiq meri həbs edilib

Dünya xəbərləri Materials 11 Fevral 2020 02:24 (UTC +04:00)
Gürcüstanın Tbilisi şəhərinin sabiq meri Gigi Uqulava həbs edilib
Tbilisinin sabiq meri həbs edilib

Bakı. Trend:

Gürcüstanın Tbilisi şəhərinin sabiq meri Gigi Uqulava həbs edilib.

Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, G.Uqulava 48 milyon larinin (17 milyon dollar) israf edilməsində ittiham edilir.

Gürcüstanın Ali Məhkəməsi sabiq meri 3 il və 2 ay azadlıqdan məhrum edib.

Qeyd edək ki, G.Uqulava 2011-2012-ci illər ərzində Tbilisinin İnkişafı Fondunun 48 milyon lari vəsaitinin israf edilməsində ittiham edilir. Məlumata əsasən, sözügedən məbləğ "Vahid milli hərəkat" partiyasının koordinatorlarının maliyyələşdirilməsinə xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti