...

Kabildə universitet yaxınlığında partlayış, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Fevral 2020 08:49 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlərdən 3-ü hrəbçi, 2-si isə dinc sakindir. Bildirilir ki, yaralananlar arasında da azı 1 dinc sakin var.

Qeyd edilir ki, Kabildə Marşal Fahim adına Milli Müdafiə Universiteti yaxınlığında baş verən partlayış terrorçu-intiharçı tərəfindən törədilib.

XXX

07:30

Əfqanıstanın paytaxtı Kabildə hərbi universitet yaxınlığında partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti