...

Yəməndə husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurduqlarını bildiriblər

Dünya xəbərləri Materials 15 Fevral 2020 03:46 (UTC +04:00)
Yəmənin "Ənsar Allah" hərəkatı (Husilər) fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində ərəb koalisiyasının qırıcısını vurduqlarını bildiriblər
Yəməndə husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurduqlarını bildiriblər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatı (Husilər) fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə Husilərin rəsmi nümayəndəsi "Əl-Masira" telekanalına deyib.

Nümayəndə "Ənsar Allah" hərəkatının əleyhdarlarına hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu xəbərlərə münasibət bildirməyib.

Husilər dəfələrlə Səudiyyə Ərəbistanının sərhəd bölgələrində kəşfiyyat dronlarının vurulmaqlaı haqqında xəbər yayıblar, lakin koalisiya bu ərazidə gedən müharibınin 5 ili ərzində itkilərinin olmadığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti