...

Komediya şousu zamanı atışma olub: ölən var

Dünya xəbərləri Materials 16 Fevral 2020 05:35 (UTC +04:00)
Berlində baş verən atışmada 1 nəfər öldü, daha 4 nəfər yaralanıb
Komediya şousu zamanı atışma olub: ölən var

Bakı. Trend:

Berlində baş verən atışmada 1 nəfər öldü, daha 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Local" portalı polisin mətbuat katibinə istinadən bildirib.

Məlumata əsasən, atışma Berlinin Krotseberq rayonunda Türk komediya şousu "Güldür Güldür Show"nun keçirildiyi Tempodrom konsert və idman zalı yaxınlığında baş verib.

Bütün ziyarətçilər arxa və yan qapılardan təxliyə edilib.

Hadisə nəticəsində 42 yaşında bir kişi həlak olub. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti