...

Meksikada zəlzələ baş verib

Dünya xəbərləri Materials 21 Fevral 2020 08:12 (UTC +04:00)
Meksikanın Qerrero ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb
Meksikada zəlzələ baş verib

Bakı. Trend:

Meksikanın Qerrero ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Milli Seysmoloji Xidməti bildirib.

Bildirilib ki, zəlzələnin episentri Atoyak-de-Alvares şəhərindən 19 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti