...

İranda parlament seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 22 Fevral 2020 01:15 (UTC +04:00)
İranda parlament seçkilərində səsvermə başa çatıb
İranda parlament seçkilərində səsvermə başa çatıb

Bakı. Trend:

İranda parlament seçkilərində səsvermə başa çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, parlament seçkiləri yerli vaxtla saat 08:00-da başlayıb və 18:00-da yekunlaşmalı idi. Lakin məntəqələrdə seçicilərin sayının çox olduğundan seçki məntəqələri saat 23:30-da bağlanıb.

Bildirilir ki, seçkilər sakit keçib, səsvermə zamanı ciddi insident baş verməyib.

Qeyd edәk ki, İranda keçirilәn sayca 11-ci parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır. Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min seçici var. Seçkilәr 208 dairə və 54 mindən çox məntqədə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti