...

Meksikada həbsxanada qiyam olub - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 22 Fevral 2020 05:51 (UTC +04:00)
Meksikanın Tabasko ştatında yerləşən həbsxanada qiyam baş verib
Meksikada həbsxanada qiyam olub - Ölənlər və yaralananlar var

Bakı. Trend:

Meksikanın Tabasko ştatında yerləşən həbsxanada qiyam baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qiyam nəticəsində azı 2 məhbus həlak olub, 25 məhbus isə xəsarət alıb.

Bildirilir ki, həbsxananın mühafizə xidməti qiyamın qarşısını ala bilməyib və həbsxananı tərk ediblər. Daha sonra həbsxanaya hüquq mühafizə qüvvələri cəlb edilib və vəziyyət nəzarət altına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti