...

Bağdadda təhlükəsizilik qüvvələri etirazçılara atəş açıblar, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 Fevral 2020 05:51 (UTC +04:00)
İraqın paytaxtı Bağdadda təhlükəsizilik qüvvələri hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına atəş açıblar
Bağdadda təhlükəsizilik qüvvələri etirazçılara atəş açıblar, ölən və yaralananlar var

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda təhlükəsizilik qüvvələri hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına atəş açıblar.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə və güc strukturlarındakı mənbələr bildirib.

Məlumata əsasən, insident nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabr ayından yaşayışın pisləşməsinə,gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilir. Etiraz aksiyaları zamanı təxminən 500 nəfər həlak olub, 30 mindən artıq insan isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti