...

Koronavirus daha iki ölkədə qeydə alındı

Dünya xəbərləri Materials 27 Fevral 2020 11:09 (UTC +04:00)
Covid-2019 koronavirusuna yoluxma faktı daha iki ölkədə aşkar edilib
Koronavirus daha iki ölkədə qeydə alındı

Bakı. Trend:

Covid-2019 koronavirusuna yoluxma faktı daha iki ölkədə aşkar edilib.

Trend-in məlumatına görə, faktlardan biri Danimarkada qeydə alınıb.

Yerli TV2 telekanalının əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Onun yoldaşında və övladında virus aşkar edilməyib.

Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.

Hazırda koronavirus 40-a yaxın ölkədə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti