...

Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı

Dünya xəbərləri Materials 28 Fevral 2020 11:43 (UTC +04:00)

Bakı. Trend:

Monqolustan Prezidenti Haltmaagiyn Battulqa Çinə səfər etdikdən sonra karantinə alınıb.

Trend-in məlumatına görə, prezident və onun ailə üzvləri, eləcə də Xarici işlər naziri Damdingiyn Tsoqtbaatar iki həftə müddətində müşahidə altında saxlanılacaq.

Bütün bu müddət ərzində prezident və nazir Ulan-Batorun Bayanzurh rayonunda xəstəxanada olacaq.

Qeyd edək ki, H.Battulqa Çin səfərindən fevralın 27-də qayıdıb. Səfər zamanı o, Çinə koronavirusla mübarizəyə dəstək qismində 30 min qoyun hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti