Bakı. Trend:
İsveçrədə ölkənin iştirak etmədiyi müharibənin əks-sədası 170 nəfəri evindən məhrum edə bilər.
Konfederasiya hakimiyyəti Mitxolts kəndini on il müddətinə "bağlamağı" nəzərdən keçirir – yaşayış məntəqəsinin yanında 3500 ton silah və İkinci Dünya müharibəsi dövrünün partlayıcı maddələri yerləşən köhnə döyüş sursat anbarı aşkar edilib.1947-ci ildə Mitxoltsda 9 nəfərin həyatına son qoymuş güclü partlayış baş verib. O vaxtdan indiyədək anbar girişləri daş, torpaq, betonla bağlanılıb. Lakin iki il əvvəl tədqiqat təhlükənin çox real olduğunu göstərib.
Hazırda anbar barədə tədbirlər planı qurulmaqdadır. Bildirilir ki, döyüş sursat arsenalının məhvi bir milyard avro məbləq tələb edə bilər.