...

Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib

Dünya xəbərləri Materials 6 Mart 2020 02:51 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib
Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya üzrə Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu T.Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra deyib.

Türkiyə Prezidenti bildirib: "Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq ruhu Suriyada münaqişənin dayandırılması üçün beynəlxalq səylərə misilsiz töhfə verib".

T.Ərdoğan qeyd edib ki, Türkiyə Suriyadakı böhranın həllinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsini davam etdirməkdə qərarlıdır: "Bir daha qeyd etmək istəyirəm ki, Suriyada dayanıqlı sülh və sabitliyin yeganə açarı - Cenevrədə danışıqlar masasıdır".

Xatırladaq ki, ötən gün Moskvada Türkiyə və Rusiya prezidentləri arasında Suriya məsələsiilə bağlı görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti