...

Olimpiadanın ləğvi Yaponiyaya 74 milyard dollara başa gələcək

Dünya xəbərləri Materials 7 Mart 2020 06:37 (UTC +04:00)
Olimpiadanın ləğvi Yaponiyaya 74 milyard dollara başa gələcək

Bakı. Trend:

2020-ci ildə Tokioda keçirilməli olan Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya iqtisadiyyatına təxminən 7.8 trilyon ienə (cari məzənnə üzrə 74.2 milyard dollar) başa gələcək.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər yayıb.

Yaponiyanın "Nikko Securities" maliyyə şirkətinin məlumatına görə, olimpiadanın koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv edilməsi ölkənin ümumi daxili məhsulunun artımını illik hesablamada 1.4 faiz azaldacaq. Maliyyə şirkətinin hesablamalarına görə 2020-ci ildə yapon korporasiyalarının gəlirləri 24.4 faiz düşəcək.

2019-cu ildə Yaponiyanın ÜDM-i təxminən 5,15 trilyon dollar təşkil edib.

Oyunlar koronavirusun yayılmasının cari ilin iyul ayına qədər tamamilə dayandırıla bilməyəcəyi təqdirdə ləğv ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti