Bakı. Trend:
ABŞ Venesuelaya qarşı müharibə planı hazırlayır.
Trend-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda qubernatorlar və merlərlə görüşdə bildirib.
"Onlar [ABŞ hakimiyyəti] müharibə, terrorizm, Venesuelada sabitliyi pozmaq və zorakılığı çoxaltmaq, silahlı münaqişəni kəskinləşdirmək və ölkəmizə hərbi müdaxiləyə haqq qazandırmaq üçün plan qurmaq qərarına gəliblər", - dövlət televiziyası ilə yayımlanan çıxışında Nikolas Maduro deyib.
Venesuela prezidenti əlavə edib ki, ABŞ-ın bu məsələdə köməkçisi Braziliya olmalıdır.
"Biz demokratik və humanist dairələrdən, Braziliyanın Venesuelaya qarşı hər hansı bir avantüranı dayandırmalarını xahiş edirik", - deyə Maduro vurğulayıb.