...

Serbiya prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 16 Mart 2020 06:01 (UTC +04:00)
Serbiya prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

Serbiyada COVİD-19 koronavirusunun yayılması səbəbilə fövqəladə vəziyyət elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkədə prezidenti Aleksandr Vuçiç təcili mətbuat konfransı zamanı bildirib.

A.Vuçiç deyib: "Serbiya bu gündən etibarən görünməz düşmənə, virusa qarşı müharibə aparır, bizim ölkəmizqalib gəlməlidir. Konstitusiyaya, müdafiə nazirinin məktubuna, mənim məktubuma və baş nazirin məktubuna əsaslanaraq biz fövqəladə vəziyyətin tətbiq edilməsinə qərar verdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti