...

Cənubi Koreyada KXDR tərəfindən naməlum bir mərminin buraxıldığını bildiriblər

Dünya xəbərləri Materials 21 Mart 2020 05:24 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikası KXDR Yaponiya dənizi istiqamətində naməlum raket buraxıb
Cənubi Koreyada KXDR tərəfindən naməlum bir mərminin buraxıldığını bildiriblər

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası KXDR Yaponiya dənizi istiqamətində naməlum raket buraxıb.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsi bildirib.

Bununla birlikdə, Yaponiya sahil mühafizəsi bir raketin, böyük ehtimalla, KXDR-dən atıldığını, Yaponiyanın eksklüziv iqtisadi zonasının xaricinə düşdüyünü bildirib.

Qeyd edək ki, martın 9-da Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi KXDR Dövlət Şurasının sədri Kim Çen Inın uzun məsafəli artilleriya təlimlərinə rəhbərlik etdiyini bildirib. Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya Hamqen-Pukto vilayətində Sondok şəhəri yaxınlığından üç az məsafəli mərmi buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti