...

ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Dünya xəbərləri Materials 8 Aprel 2020 02:40 (UTC +04:00)
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ödənişlərin dayandırmalı imkanlarını nəzərdən keçirir
ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Bakı. Trend:

ABŞ Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ödənişləri dayandırmaq imkanlarını nəzərdən keçirir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı deyib.

D.Tramp ilk öncə ödənişlərin dayandırılmasına hazırlaşdıqlarını bildirib: "ÜST ABŞ-dan böyük miqdarda vəsait alır. Biz ÜST-ə vəsait ayırmağı dayandırmağa hazırlaşırıq".

Lakin bir neçə dəqiqədən sonra D.Tramp öz ifadəsini düzəldib: "Mən bunu etməyə hazırlaşıram demirəm, biz bunu araşdırmağa hazırlaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti