...

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan öldü

Dünya xəbərləri Materials 9 Aprel 2020 05:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da ardıcıl olaraq ikinci sutkadır ki, yeni növ koronavirusa yoluxma nəticəsində rekord sayda ölüm nəticələri qeydə alınır: aprelin 8-nin yekunlarına görə bu göstərici 1973 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, ABŞ-da 430 376 nəfər koronavirusa yoluxub, 14 739 nəfər vəfat edib, 23 707 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti