Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp öz administrasiyasına koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə İtaliyaya yardım göstərməlisini tapşırıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, yardım tibbi ləvazimatlar, humanitar məhsullar, habelə səyyar hospitalların yaradılmasını əhatə etməlidir.
Bildirilir ki, bir neçə nazirə İtaliyaya yardımın göstərilməsi üçün müxtəlif tədbirlərin görülməsi, o cümlədən İtaliyadakı ABŞ hərbçilərinə yadımın göstərilməsi tapşırılıb.