...

Nyu-Yorkda koronavirusdan 27 polis əməkdaşı ölüb

Dünya xəbərləri Materials 16 Aprel 2020 09:58 (UTC +04:00)
Nyu-Yorkda koronavirusdan 27 polis əməkdaşı ölüb

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində yeni növ koronavirusdan daha iki polis əməkdaşı vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nyu-York polisinin rəisi Dermot Şı öz "Twitter" səhifəsində yazıb.

D.Şı bildirib:

"Təəssüflə, adı Nyu-York polisi olan ailənin daha iki üzvünün öldüyünü bildirirəm".

Bununla da şəhərdə koronavirusdan ölən polis əməkdaşlarının sayı 27 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da yeni növ koronavirusa 637 mindən çox insan yoluxub, 31 minə yaxın artıq insan isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti