Bakı. Trend:
Fransada yeni növ koronavirusdan ölənlərin sayı 19 323 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Səhiyyə Nazirliyinin təbeliyində olan "Sante publique France" tibbi agentliyindən bildiriblər.
Məlumata əsasən, ölüm hallarından 11 842-si xəstəxanalarda, digərləri isə qocalar evləri və digər sosial-tibbi müəssisələrdə qeydə alınıb.
Bildirilir ki, hazırda 30 639 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 5 833 nəfəri reanimasiya şöbəsindədir.