...

Nyu York sakinləri ÜST-ü məhkəməyə verdi

Dünya xəbərləri Materials 21 Aprel 2020 13:15 (UTC +04:00)

Bakı. Trend:

Nyu York şəhərinin Vestçester dairəsinin bir qrup sakini Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə verib.

Trend-in məlumatına görə, sakinlər təşkilatı koronavirus pandemiyasının yayılması ilə əlaqədar səhlənkarlıqda ittiham edib.

Nyu York ştatında koronavirus məhz Vestçester dairəsindən yayılmağa başlayıb.

İddiaçılar, həmçinin ÜST-ü öz əməkdaşlarına lazımi təlimatlar verməməkdə ittiham edib. Onların fikrincə, karantin tədbirləri daha əvvəldən qəbul edilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti